ABŞ-ın nəhəng enerji şirkəti “ExxonMobil” çox illik aşağı neft qiymətlərinin olacağını gözləyir.
Banker.az bildirir ki, 2019-cu ildə şirkət, yaxın beş ildə Brent markalı xam neftin orta qiymətinin 62 dollar/barrel olacağını, bundan sonra 2026-2027-ci illərdə 72 dollar/barrelə yüksələcəyinə inanırdı.
“ExxonMobil” növbəti yeddi ilin hər biri üçün neft qiymət proqnozlarını 11-17% azaltdı. Neft nəhəngi bu təxminləri müvafiq olaraq 50-55 və 60 dollar/barrelə endirdi.
“ExxonMobil” COVID-19 pandemiyasının iqtisadi və sosial təsirlərinin gələcək illər ərzində hiss olunmasına hazırlaşır.
Bundan əlavə, ənənəvi enerji şirkətləri yaşıl enerji və elektrikli nəqliyyat (e-karlar və s.) vasitələrinin artan rəqabəti ilə üzləşirlər.