18 C
Baku
Friday, September 20, 2024

“ExxonMobil” qlobal neft tələbinin 2050-ci ilə qədər indiki səviyyədə qalacağını gözləyir

“ExxonMobil Corp.” qlobal neft tələbinin 2050-ci ilə qədər təxminən indiki səviyyədə qalacağını gözləyir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkət llik proqnozunda (Global Outlook) bildirib ki, tələb sutkada 100 milyon bareldən (b/d) yuxarı olmağa davam edəcək.

“ExxonMobil” qeyd edir ki, benzin istehsalı üçün neft istehlakı 2050-ci ilə qədər azalacaq, lakin bu sektor xammala olan ümumi tələbin kifayət qədər kiçik bir hissəsini təşkil edir.

Şirkət ümumi qlobal enerji istehlakının 2050-ci ilə qədər hazırkı səviyyələrdən 15% artacağını gözləyir. “Exxon” bu tələbatın ödənilməsində neft və təbii qazla yanaşı, bərpa olunan enerjinin də mühüm rol oynayacağını hesab edir.

İnkişaf etməkdə olan ölkələrdə enerji istehlakının 2050-ci ilə qədər 25% artacağı, inkişaf etmiş ölkələrdə isə 10%-dən çox azalacağı proqnozlaşdırılır.

Qlobal istixana qazları emissiyaları yalnız 2030-cu ildən etibarən azalmağa başlayacaq. Şirkət proqnozlaşdırır ki, 2050-ci ilə qədər emissiyalar 25% azalacaq.

“ExxonMobil” qeyd edir ki, emissiyaların azaldılmasına bərpa olunan enerji sektorunun inkişafı, CO2 tutma texnologiyaları, həmçinin hidrogen və bioyanacaqdan daha aktiv istifadəsi sayəsində nail olunacaq.

Beynəlxalq Enerji Agentliyinin (IEA) ötənilki proqnozuna görə, 2050-ci ilə qədər qlobal neft tələbi 54.8 milyon barelədək azalacaq.

Son xəbərlər
Digər xəbərlər