10 C
Baku
Saturday, November 23, 2024

“ExxonMobil” rekord $56 mlrd. illik gəlir əldə edib

Yanvarın 31-də ABŞ-ın aparıcı neft-qaz korporasiyası “ExxonMobil” 2022-ci ildə 55.7 milyard dollar xalis mənfəət əldə etdiyini açıqlayıb ki, bu da təkcə şirkətin özü üçün deyil, həm də bütün Qərb enerji şirkətlərinin tarixində tarixi rekorddur. Əvvəlki 45 milyard dollarlıq mənfəət rekordu 2008-ci ildə qlobal maliyyə böhranı səbəbindən neftin qiymətinin 142 dollar/barel səviyyəsinə yüksəldiyi zaman qeydə alınıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

2021-ci illə (23 milyard dollar) müqayisədə “ExxonMobil”in xalis gəliri iki dəfədən çox artıb. Şirkətin 2022-ci il üçün ümumi gəliri 413.7 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən (285.7 milyard dollar) 45% çoxdur. “ExxonMobil”in baş icraçı direktoru Darren Vuds deyir: “Korporativ əməyimiz və xalqımıza güvənməyimiz bizə belə güclü maliyyə və əməliyyat nəticələri əldə etməyə imkan verib. Əməliyyatlarımızın ümumi nəticələri əlverişli bazar şəraitindən açıq şəkildə bəhrələnsə də, pandemiyadan əvvəl və pandemiya zamanı etdiyimiz kontrsiklik sərmayələr insanları və iqtisadiyyatı ən çox ehtiyac duyduqları bir dövrdə enerji ilə təmin etməyə kömək edib”.

Son xəbərlər
Digər xəbərlər