“ExxonMobil” şirkəti “Saxalın-1” layihəsinin aktivlərinin üçüncü tərəfə ötürülməsi üzərində işləyir. Bu barədə çərşənbə günü ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının saytında dərc edilmiş şirkətin maliyyə hesabatında bildirilir. Aktivlərin veriləcəyi üçüncü şəxsin adı sənəddə göstərilmir.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Mart ayında “Saxalin-1” operatoru olan Amerikanın özəl neft şirkəti “ExxonMobil” Ukraynada hərbi əməliyyatların başlaması ilə əlaqədar Rusiyanın neft-qaz layihələrindən çıxdığını elan edib. Şirkət səhmlərin 30%-nə sahibdir, digər 20% “Rosneft”ə, 30% Yaponiyanın “Sodeco”, 20% isə Hindistanın “ONGC” şirkətinə məxsusdur.
May ayında “OVL” elan edib ki, “Shell”in “Saxalın-2” layihəsindəki payını və “ExxonMobil”in “Saxalin-1” layihəsindəki payını almaq istəyir. Daha sonra Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb ki, ona əsasən, “Saxalin-2”nin operatoru olan “Saxalin Energy Investment Company Ltd.”nin (səhmdarlar – Qazprom, Shell, Mitsui & Co., Mitsubishi) mülkiyyətinə keçəcək.