12 C
Baku
Saturday, November 9, 2024

“ExxonMobil” və “Shell” birgə müəssisələrini satırlar

Amerikanın neft-qaz şirkəti “Exxon Mobil Corporation” və İngiltərə-Hollandiya neft-qaz korporasiyası “Shell”, Kaliforniyadakı müştərək müəssisəni – “Aera”nı satmaq niyyətindədirlər. Bu barədə cümə axşamı, sentyabrın 1-də üç mənbəyə istinadən “Reuters” agentliyi məlumat verib.

Agentliyi məlumatına görə, “Aera” gündə 125 min barel neft və 32 milyon kub fut təbii qaz hasil edən Kaliforniyanın ən böyük neft istehsalçılarından biridir. Biznes ildə təxminən 1 milyard dollar gəlir gətirir.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Eyni zamanda, şirkətlər müştərək müəssisəni hansı səbəbdən satmaq qərarına gəldiklərini şərh etməkdən imtina ediblər.

Son xəbərlər
Digər xəbərlər