26 C
Baku
Monday, June 27, 2022

“ExxonMobil”in xalis mənfəəti 40% azalıb

ABŞ-ın qabaqcıl enerji şirkətlərindən olan “ExxonMobil”in ötən ilin dördüncü rübündəki gəliri 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 61,02 milyard dollara yüksəlib. Şirkət 2015-ci ilin analoji rübündə 59,81 milyard dollar gəlir əldə etmişdi.

“ExxonMobil”in keçən ilin dördüncü rübündəki xalis mənfəəti 2015-ci ilin eyni dövrünə nisbətdə 40 faiz azalaraq 1,68 milyard dollar təşkil edib. Şirkətin 2015-ci ilin dördüncü rübündəki xalis mənfəəti 2,78 milyard dollar olub.

“ExxonMobil” rəhbəri Darren Vudz neftin qiymətinin aşağı olmasının təsiri ilə əmtəə qiymətlərindəki azalmanın şirkətin maliyyə balansına mənfi təsir etdiyini deyib.

Xalis mənfəətinin azaldığını açıqladıqdan sonra Nyu-York Birjasında şirkətin səhmləri 2,2 faiz azalaraq 83,22 dollara qədər geriləyib.

MənbəAzərTac
Son xəbərlər
Oxşar xəbərlər