Parisdə Eyfel qülləsi iyunun 25-dən etibarən turistləri qəbul edəcək.
Bu barədə Eyfel qülləsinin rəsmi saytında deyilir.
Qeyd olunur ki, 11 yaşından yuxarı turistlər üçün maska taxmaq məcburi olacaq.
Xatırladaq ki, Eyfel qülləsi koronavirus pandemiyası ilə əlaqədar mart ayında turistlər üçün bağlanmışdı. Bu, İkinci dünya müharibəsindən sonra qüllənin bağlı qaldığı ən uzun müddət olub.