20 C
Baku
Tuesday, April 30, 2024

Eyfel Qülləsini iki dəfə satmış məşhur fırıldaqçı

Viktor Lyustiq dünyaya gəlib-getmiş fırıldaqçılar sırasında ən istedadlı bir şəxs kimi tanınır. O sonsuz olaraq fırıldaqlar düşünüb tapırdı və 45 ləqəblə yanaşı, 5 dildə də sərbəst şəkildə danışırdı. Tək ABŞ-da Lyustiq 50 dəfə həbs olunmuş, lakin günahı tam sübuta yetirilmədiyinə görə dəfələrlə azadlığa buraxılmışdı. Birinci Dünya Müharibəsi başlamamışdan əvvəl Lyustiq transatlantik gəmi səfərlərində saxta lotereyaların təşkili üzrə ixtisaslaşmışdı. O 1920-ci illərdə ABŞ-a gəlmişdi və cəmi bir neçə il ərzində bank və xüsusi şəxsləri 10 min dollar həcmində aldada bilmişdi.

Lyustiqin ən dahiyanə fırıldağı Eyfel Qülləsini satmağı idi. 1925-ci ilin mayında Lyustiq yeni macəralar axtarışında olaraq Parisə gəlib çıxır. Fransız qəzetlərinin birində o oxuyur ki, qüllə yaxşı vəziyyətdə deyil və təmirə ehtiyacı var. Lyustiq bundan istifadə etməyi qərara aldı. Fırıldaqçı saxta etimadnamə hazırladı və bunun üzərində Lyustiqin guya Poçt və Teleqraf Nazirliyinin müavini olduğu yazılmışdı. Bundan sonra o, 6 dilerə rəsmi məktublar ünvanlamışdı. Lyustiq biznesmenləri öz qaldığı bahalı otelə dəvət edir və onlara bildirir ki, qüllə böyük miqdarda xərclər tələb etdiyindən dövlət onu qapalı auksionda satmağı qərar alıb. Əhalinin etirazına səbəb olmaması üçün Lyustiq onlardan bunu sirr kimi saxlamağı tələb etdi. Bir müddət sonra o qülləni Andre Puasson adlı bir nəfərə satdı və ondan aldığı pullarla dolu çamadanı ilə Vyanaya qaçdı. Puasson isə öz ətrafında axmaq kimi görünməmək üçün bu fırıldağı gizli saxlamışdı.

Bunun sayəsində bir müddət sonra Lyustiq yenidən Parisə gələrək ikinci dəfə də qülləni eyni formada satmışdı. Lakin bu səfər onun bəxti gətirmədi, çünki aldadılmış biznesmen bu haqda polisə xəbər vermişdi. Lyustiq təcili ABŞ-a qaçmalı oldu. 1935-ci ilin dekabrında Lyustiq həbs olunaraq məhkəmə qarşısına çıxarılmışdı. O dollarların saxtalaşdırılması səbəbindən 15, məhkumluğunun ilk ayında isə digər bir türmədən qaçmasına görə isə 5 il həbs cəzası almışdı. O 1947-ci ildə San-Fransisko yaxınlığında məşhur Alkatras həbsxanasında sətəlcəm xəstəliyindən rəhmətə getdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər