18 C
Baku
Sunday, September 8, 2024

Eyfel qülləsini ziyarət haqqı artırılır

Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı artırılır.

İyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.

Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə qalxma) üçün biletin qiyməti 29.40 avrodan 35.30 avroya qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10 avrodan 14.20 avroya qaldırılır.

Fransa mediası bildirir ki, qiymət artımından məqsəd tikilinin təmir xərclərini qarşılamaqdır.

Qeyd edək ki, Eyfel qülləsi dünyanın ən çox baş çəkilən abidələri sırasında yer alır. Ötən il qülləni 6.3 milyondan çox turist ziyarət edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər