10 C
Baku
Thursday, December 12, 2024

Eyni əraziyə internet çəkən provayderlər ortaq avadanlıqdan istifadə edə bilərmi?

Gələn ilin sonuna qədər bütün Azərbaycan ərazisində fiber-optik internet əlçatan olmalıdır.

Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi genişmiqyaslı işlərə başlayıb.

Prosesdə nazirliyə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lərlə yanaşı özəl şirkətlər də iştirak edirlər. Həyata keçirilən internet çəkilişlərində müəyyən məsələlər ortaya çıxır. Məsələn, eyni ərazidə fəaliyyət göstərən internet provayderlərin hər birinin ayrı-ayrı dayaqlardan istifadə etməsi suallar doğurur.

Məsələ ilə bağlı nazirlik yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə sorğu verib. Qurumdan bildirilib ki, internet çəkilişi zamanı bütün provayderləri qanunun tələbinə əməl etməlidir.

“Qanunvericiliyə görə, operatorlar telekommunikasiya şəbəkələrini planlaşdırmaq, inkişaf etdirmək (genişləndirmək) hüququna malikdirlər. Bununla belə, operatorlar telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun olaraq fəaliyyət göstərməlidir. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidənqurulması, quraşdırılması və yerdəyişməsi müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş norma və qaydalara uyğun olaraq həyata keçirilməlidir.

Telekommunikasiya sahəsində fəaliyyət göstərən operator və internet provayderlər arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarına zidd olmadığı təqdirdə operator və internet provayderlərin ikitərəfli və ya çoxtərəfli müqavilələr əsasında dirəklərdən birgə istifadə etməsinə mane yoxdur”, – deyə açıqlamada qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər