Eyni məhsulu Azərbaycandan, yoxsa xaricdən almaq daha sərfəlidir?

Son dövrlər onlayn alış-verişə tələbat olduqca artıb. Bunun əsas səbəbi isə hamıya yaxşı məlum olan COVİD-19 virusudur. İnsanlar müxtəlif mağazaların onlayn satış platforması vasitəsilə geyim, aksesuar və digər lazım olan əşyaları əldə edir. Bundan əlavə, onlayn satış platforması ilə yalnız ölkəmizdə olan məhsulları deyil, həmçinin xarici ölkələrdə olan məhsulları da almaq mümkündür.

Bu mövzu ətrafında düşündükdə Onlayn alış-veriş bizə nə qazandırır? Ən çox onlayn alış-veriş edilən ölkə hansıdır?” “Onlayn alış-veriş sərfəlidirmi?” kimi suallar ortaya çıxır. Biz bu yazıda yuxarıda sadaladığımız və digər ortaya çıxan suallara cavab tapmağa çalışacağıq.

Onlayn alış-verişlə digər alış-veriş növlərini müqayisə etdikdə, ilk ortaya çıxan sual bu olur: “Onlayn alış-veriş bizə nə qazandırır?”

İlk növbədə onlayn alış-veriş bizə vaxt qazandırır. Burada vaxt dedikdə iri ticarət mərkəzlərində və digər satış nöqtələrində itirilən lazımsız zamandan söhbət gedir.  Biz bu zamanı daha faydalı işlərə sərf edə bilər və hətta bu vaxtdan maddi qazanc da əldə edə bilərik. Onlayn alış-veriş zamanı, həmçinin siz ödəməni belə kartla edə bilərsiniz. Bu xüsusiyyət də sizə başqa işlərinizi görməyə vaxt qazandıracaq.

Əgər internet üzərindən alış-veriş zamanı seçdiyiniz məhsulun keyfiyyətindən əmin ola bilməyəcəyinizi düşünürsünüzə, yanılırsınız.  Onlayn alacağınız məhsul haqqında bütün detalları, materialı, ölçünü aydın şəkildə öyrənə bilərsiniz.

Digər ən önəmli üstünlük isə eyni məhsuldan ölkədə tapılmasa belə, başqa ölkələrdən həmin məhsuldan əldə etməyin mümkünlüyüdür. Onu da qeyd edək ki, vətəndaşlarımız ən çox alış-verişi Türkiyədən edir.  Bəs bu alış-veriş bizə sərf edirmi və öz ölkəmizdə olan məhsullarla nə qədər qiymət fərqi edir?

Bunu misallarla daha aydın başa düşmək üçün məşhur markaların geyimlərinin qiymətlərini müqayisə edək. Məsələn məşhur markanın gödəkçəsini və ayaqqabısını götürək:

1 manat = 4.51 lirə ( bugünə olan məzənnə)

Misal 1.

Misal 2.

Aradakı fərqləri müqayisə etdikdə müəyyən məbləğ fərqi ortaya çıxır. Biz qiymət fərqi ilə bağlı yalnız 2 nümunə göstərdik, digər geyimləri də özünüz müqayisə etdikdə arada olan fərqi aydın görmək mümkün olacaq.

Təbii ki, bütün bunlarla bərabər ortaya çıxan digər bir məsələ də var, məhsulunuzu sifariş verdikdən sonra o, Türkiyədən necə sizə çatacaq? Bunun üçün müxtəlif kargo şirkətləri mövcuddur və kargo şirkətlərinin tarifləri bir-birindən fərqlənir.

Fərqlər mövcud olsa da, bunlar kiçik rəqəm fərqləridir və sizin məhsulunuz qiymətinə müəyyən qədər təsir edəcək. Məhsulunuzun çəkisi də məhsulun qiymətinə təsir edən amildir.

Bunun üçün onlardan biri ilə kiçik bir hesablama aparaq. Yuxarıda göstərdiyimiz nümunələrdən birini seçib, kargo şirkətinin tarifinə uyğun hesablayaq. Aldığımızın gödəkçənin maksimum çəkisinin 750 qr olduğunu düşünək və tarifə uyğun olaraq bu çəkidə olan məhsulun kargosu $4, yəni 6.80 manat edəcək. Gödəkçəmizin qiymətinin üzərinə bu rəqəmi gəldikdə, 133.93 manat edəcək. Biz bu məbləği Bakıdaki məhsulun qiyməti ilə müqayisə etdikdə, biz 39.07 manat qənaət əldə etmiş oluruq.

Bütün bunları nəzərə aldıqdan sonra, onlayn alış-verişinizi haradan edəcəyinizi özünüz müəyyənləşdirə bilərsiniz.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.