Masallıda eyni şəxsə məxsus olan 5 şirkət ləğv olunub.
Banker.az xəbər verir ki, bunlar “Nur” MMC, “Qızıl Tac-M” MMC, “İCA” MMC, “Boss-2013” MMC və “Muğan-Q” MMC-dir.
Kreditorlar iki ay ərzində tələblərini AZ4400 MASALLI rayonu, Qarabağ küçəsi, ev 8, mənzil 8 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Nur” MMC 2003-cü ildən, “Qızıl Tac-M” MMC 2014-cü ildən, “İCA” MMC 2010-cu ildən, “Boss-2013” MMC 2013-cü ildən və “Muğan-Q” MMC isə 2014-cu ildən fəaliyyət göstərir.