1-ci addım
Hər iki əlinizi eyni anda istifadə etməyi öyrənin. Sadə hərəkətlərdən başlamaq lazımdır. Sadəcə hər iki əldən eyni anda istifadə etməyi məşq edin. Bundan ötrü əllərinizlə eyni şəkildə dairəyə və ya kvadrata bənzər həndəsi fiqurlar çəkməyə çalışın. İlk öncə işlətməyi vərdiş etdiyiniz əllə alınan fiqurlar daha çox əsl dairələrə və kvadratlara bənzəyəcək, amma bir neçə günlük məşqdən sonra, sizdə hər şey alınacaq. Fiqurların biri-birinə identik olduğuna əmin olduqda, artıq növbəti mərhələyə keçmək olar.
2-ci addım
Tapşırığı bir az çətinləşdirin. İndi hərflər yazın. Bunu etmək nəticə baxımından daha çətindir, nəinki fiqurlar, axı hərflər öz strukturu baxımından daha çətindir. Elə ki hərfləri bitirdiniz, eyni anda yazmağı öyrəndiniz, sözlərə keçmək olar.
3-cü addım
Müxtəlif fiqurlar çəkin. Buna qədər siz ancaq əlləri məşq etdirirdiniz, indi həm də beyni məşq etdirin . Bir əlinizlə kvadrat və eyni anda digəri əlinizlə isə dairə çəkməyə cəhd edin. Bunu məhz eyni vaxtda edin, növbə ilə çəkməyin, o vaxta qədər davam edin ki, çəkdiyiniz fiqurlar gözəl alınsın.
4-cü addım
Müxtəlif sözlər yazın. Elə ki, fiqurlar ilə işiniz başa çatdı, ən çətin mərhələyə gəlib çıxırıq: belə ki, eyni anda müxtəlif sözlərin yazılması doğrudan da asan deyil.
Öyrəndiklərimiz içərisində ən qəliz mərhələ