7 C
Baku
Thursday, December 12, 2024

Ezamiyyə xərclərinin hesabnlanması qaydasında dəyişiklik edildi

Nazirlər Kabinetinin 13 № li Qərarına dair İzah

Nazirlər Kabinetinin 1-ci izahı

Ezamiyyə xərclərinin normalarına dair dəyişikliklər təsdiq edildi
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

2008-ci il 25 yanvar tarixli 14 № li Qərarda nəzərdə tutulan Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizinin ödənilməsi haqda maddə ləğv olunur.
Bundan sonra mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda hesablamalar yuxarıdaki qaydada həyata keçəcəkdir.
Mənim izahım:

Misal -1 : «A» MMC-nin işçisi Sabirabaddan Bakıya ezam olunur. Qanunvericiliyə əsasən Bakı üçün 1 günlük ezamiyyə norması 90 manatdır. 90 manatın 80 faizi mehmanxana xərci olmalıdır. Yəni 90*80% = 72 manat

Şəxs mehmanxana qəbzini gətirmir. Əvvəki qərara görə 72*50% = 36 manat məbləğ ödənilirdi. Yeni qərar görə 36 manat ödənilməyəcək. Yəni şəxs Bakıya getdiyi üçün 18 manat vəsait ödəniləcək.

Misal -2 : «A» MMC-nin işçisi Sabirabaddan Gəncəyə, Sumqayıta və ya Naxçıvana ezam olunur. Qanunvericiliyə əsasən Gəncə,Sumqayıta və ya Naxçıvana üçün 1 günlük ezamiyyə norması 70 manatdır. 70 manatın 80 faizi mehmanxana xərci olmalıdır. Yəni 70*80% = 56 manat

Şəxs mehmanxana qəbzini gətirmir. Əvvəki qərara görə 56*50% = 28 manat məbləğ ödənilirdi. Yeni qərar görə 28 manat ödənilməyəcək. Yəni şəxs yuxarıda qeyd olunduğu yerə getdiyi üçün 14 manat vəsait ödəniləcək.

Misal -3 : «A» MMC-nin işçisi Sabirabaddan Şirvana ezam olunur. Qanunvericiliyə əsasən respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə üçün 1 günlük ezamiyyə norması 65 manatdır. 65 manatın 80 faizi mehmanxana xərci olmalıdır. Yəni 65*80% = 52 manat

Şəxs mehmanxana qəbzini gətirmir. Əvvəki qərara görə 52*50% = 26 manat məbləğ ödənilirdi. Yeni qərar görə 26 manat ödənilməyəcək. Yəni şəxs yuxarıda qeyd olunduğu yerə getdiyi üçün 13 manat vəsait ödəniləcək.

Nazirlər Kabinetinin -2-ci izahı

Nazirlər Kabineti ezamiyyə xərcləri ilə bağlı müvafiq normativ aktda dəyişiklik edib. Dəyişikliyə əsasən bundan sonra ölkə daxilində ezamiyyə dövründə mehmanxana xərcləri barədə təsdiqləyici sənədlər olmadığı hallarda da xərclərin 1 günlük normasının 80 faizi mehmanxana xərcləri kimi rəsmiləşdiriləcək.
Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, xərclərin 1 günlük normasının 50 faizi ödənilirdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manatdır.
Mənim izahım:

Misal – 1: Sabirabaddan – Bakıya A şəxs ezamiyyə gedir. 90 * 80%  = 72 manat vəsait təsdiq edici sənəd olduğda halda ona vəsait  ödənilirdi. Sənəd olmadığı halda 72*50% = 36 manat. Növbəti dəyişikliyə əsasən mehmanxana qəbzi olmadığı halda da 72 manat ödəniləcək. Nəticədə 1 günlük norma 90 manat olacaq.

Misal – 2: Sabirabaddan – Gəncəyə A şəxs ezamiyyə gedir. 70 * 80%  = 56 manat vəsait təsdiq edici sənəd olduğda halda ona vəsait ödənilirdi. Sənəd olmadığı halda 56*50% = 28 manat. Növbəti dəyişikliyə əsasən mehmanxana qəbzi olmadığı halda da 56 manat ödəniləcək. Nəticədə 1 günlük norma 70 manat olacaq.
Misal – 3: Sabirabaddan – Şirvan şəhərinə  A şəxs ezamiyyə gedir. 65 * 80%  = 52 manat vəsait təsdiq edici sənəd olduğda halda ona vəsait ödənilirdi. Sənəd olmadığı halda 52*50% = 26 manat. Növbəti dəyişikliyə əsasən mehmanxana qəbzi olmadığı halda da 52 manat ödəniləcək. Nəticədə 1 günlük norma 65 manat olacaq.
Qüvvəyə minmə tarixi

Bəzi ekspertlər qeyd edirlər ki, NK qərarı 27 yanvar tarixində verilibsə, həmin tarixdədı qüvvəyə minir. Onları mən ekspert kimi qəbul edə bilmərəm. Səbəbini izah edim.

1. Nazirlər Kabinetinin ezamiyyə ilə bağlı 13 nömrəli qərar verilsə də, onun izahı tam verilməyib. İzahın nədən ibarət olması və bundan gələn digər işlərin yerinə yetirilməsinə 2 ay vaxt verilib. Yəni 2 aya kimi bu qərar bütün sənədlərdə formalaşmalıdır.
Qısa arayış: Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2 ay müddətində “İşçilərin ezamiyyə qaydaları”nda müvafiq dəyişikliklər edilməsini təmin etsinlər.

2. Nazirlər Kabinetinin əlavə etdiyi 7.1 bəndin nədən ibarət olduğu da məlum deyil. Yalnız ləğv olunmuş 1.1 hissə izah olunub. Bu proseslər tam olaraq 2 ay müddətində həll olunmalıdır.

3. Qeyd olunanlara əsasən 2 ay müddətinə mühasiblər köhnə qayda ilə işini qurmalıdırlar.

4. Adətın NK qərar verəndə, yuxarıda qeyd olunur “Təsdiq edilmişdir”. 13 nömrəli qərarda belə bir qeyd yoxdur. Bundan əlavə qərarın sonunda dərc olunduğu gündən qüvvəyə minir. Əgər qərarın sonunda 30 gündən yəni hansı müddətdən sonra qeyd varsa, həmin tarixdə qüvvəyə minir.

5. Azərbaycan Respublikası Hüquqi Aktlar haqqında Azərbaycan Respublikası Konstitutsiya Qanunun 85. maddəsi “Normativ hüquqi aktların qüvvəyə minməsi”
85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir.

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, şəxs mehmanxa ilə sənəd gətirməsə də, onun ona bir günlük norma veriləcək. Sual olunur əgər mehmanxana xərci qəbzi üzrə  normadan artıqdırsa bu halda necə olacaq? Bunu aşağıdakı misala nəzər yetirməklə hesablamaq olar.
Əgər işçi Bakıda ezamiyyə norması 90 manat tutulduğu halda, qəbzlə (təsdiq edici sənədlərlər)  120 manat xərclə bağlı qəbz gətirirsə, bu halda hesablama necə aparılacaq?
Vergi Məcəlləsinin 98.3. maddəsinə əsasən Faktiki ezamiyyə xərclərinin, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.Qeyd olunan rəqəmlə götürsək, bunu belə təsvir etmək olar. Bakıda norma 90 manatdır. Bunun 72 manatına icazə verilir ki, mehmanxanaya üçün istifadə edilsin. 120-90 = 30 normadan artıq 30 manat xərclənib. 18 manat gündəlik xərcinə icazə verilir. Yəni digər xərclərə. Tutaq ki, 100 manat mehmanxanaya xərcləyib.  100-72 = 28 manat normadan artıq. Gündəlik xərcə təsdiq edici sənədlərlə normadan 2 manat artıq yəni 20 manat artıq xərc edib. Bunların hamısını yuvarlasaq işçi normadan kənar 30 manat, daha dəqiq desək 120 manat  xərcləyə bilər. Çünki 98.3 maddənin faktiki ezamiyyə xərci qeyd edilir və  norma sözü yoxdur.    Ən maraqlısı budur ki, əgər təsdiq edici sənəd varsa artıq xərclədiyi 30 manat birbaşa xərcə silinəcək. Əgər yoxdursa onun gəlirinə aid ediləcək.  Misal: Əgər 300 manat maaş alırsa, 30 manat üçün təsdiq edici sənəd gətirmirsə  üstünə gələcək və 330 manatdan vergilər, sosial ödənişlər, icbari tibbi sığorta  tutularaq büdcəyə köçürüləcək.

İqtisadçı-ekspert Rauf QARAYEV.

Son xəbərlər
Digər xəbərlər