23 C
Baku
Tuesday, July 1, 2025

Fələstin prezidenti ABŞ və İsrail ilə bütün razılaşmalardan çıxdığını elan etdi

Fələstin prezidenti Mahmud Abbas, Tel-Əvivin Fələstin torpaqlarını ilhaq etmək niyyətində olduğuna görə, İsrail və ABŞ ilə bağlanan bütün razılaşmaların ləğv olunduğunu elan edib.

Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.

“Bu gündən etibarən Fələstin ABŞ və İsrail hökumətləri ilə bağlanmış bütün razılaşmalardan və sazişlərdən, o cümlədən təhülkəsizlik sahəsindəki bütün öhdəliklərdən azad edilir”, – prezident söyləyir.

Onun sözlərinə görə, Vaşinqton Fələstin xalqına qarşı ədalətsiz siyasət aparır.

“Biz Amerika rəhbərliyini Fələstin xalqının zülmü üçün tam məsuliyyətli hesab edirik və xalqımıza qarşı edilən bütün təcavüzkar və ədalətsiz qərarlarda və tədbirlərdə İsrail işğalçı hökumətinin əsas tərəfdaşı hesab edirik”, – Mahmud Abbas vurğulayır.

Qeyd edildiyi kimi, bu qərar mayın 17-də İsrail hökumətinin tərkibinin təsdiq edilməsi fonunda qəbul edilib. İsrailin baş naziri vəzifəsinə təyin olunmuş Binyamin Netanyaxu, Qərb sahilindəki və İordan vadisindəki Fələstin əraziləri üzərində İsrail suverenliyini genişləndirməyin vaxtının gəldiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər