12 C
Baku
Sunday, October 27, 2024

Fərdi evlərin qazlaşdırılması üçün istehlakçı nə etməlidir?

Fərdi yaşayış evlərinin qazlaşdırılması dövlət sifarişi ilə yanaşı, həmçinin vətəndaşların sifarişi ilə müvafiq sahədə xüsusi icazəsi olan tikinti təşkilatları tərəfindən həyata keçirilir.

Banker.az “vergilər.az”a istinadən xəbər verir ki, bu növ işlər müstəqil sahibkarlıq subyekti olan tikinti təşkilatı ilə vətandaşlar arasında bağlanılan müqavilə əsasında həyata keçirilir.

İşlərin dəyəri vətəndaşla tikinti təşkilatı arasında qarşılıqlı razılaşma yolu ilə müəyyən olunur və həmin təşkilatın bank hesabına köçürülür. Fərdi yaşayış evləri qazlaşdırılarkən məişəət qaz sayğaclarının qaz xəttinin üzərinə quraşdırılması Azəriqaz İstehsalat Birliyi tərəfindən ödənişsiz həyata keçirilir.

Maye və təbii qaz təsərrüfatı  obyektlərinin quraşdırlıması və istismarı sahəsində müvafiq lisenziya malik olan sahibkarlıq subyektləri barədə məlumatlar iqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehkal bazarına nəzarət dövlət xidmətinin rəsmi internet səhifəsinə yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər