26 C
Baku
Saturday, July 27, 2024

Fərdi sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Fərdi sahibkar vergi orqanına ərizə ilə müraciət edərək uçota alınıb. Sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Dövlət Vergi Xidmətindən “Banker.az”a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vergiödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergiödəyicilərinə hesablar açır.

Açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün müvafiq məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.

Lakin qeyd olunan dəyişikliklər 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixədək vergiödəyiciləri tərəfindən

bank hesablarının açılması əvvəlki qaydada vergi orqanlarından şəhadətnamə-dublikat əldə edilməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən, cari il oktyabrın 1-dən vergiödəyicisi bank hesabı açmaq üçün vergi orqanına ərizə təqdim etmir

və birbaşa olaraq bank əməliyyatları aparan şəxslərə müraciət edir.

Son xəbərlər
Digər xəbərlər