23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Fərdi sahibkarların bank depozitləri 68%, cari hesabları isə 35% artıb

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklara inamı böyüyüb.

Banker.az xəbər verir ki, 1 avqust 2021-ci il tarixinə onların banklardakı cari hesablarının həcmi 166.4 milyon manat olmuşdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq statistik göstəricilərində deyilir.

Bu da aylıq müqayisədə fərdi sahibkarların banklardakı depozitlərinin həcminin 1.03%, illik müqayisədə isə 68.42% artmışdır.

Qeyd edək ki, bu artıma əsas səbəblərdən biri sahibkarlıqla məşğul olan fiziki şəxslərin böyük əksəriyyətinin nağdsız hesablaşmalardan istifadəni artırmasıdır.

Ölkədə 1 avqust 2021-ci il tarixinə sayı 457 528 (öncəki ay:  447 660) sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesabları olmuşdur. Cari hesabların sayı isə 556 695 (öncəki ay:  544 750) olub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər