Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla fəaliyyət göstərən şəxslərin bank hesablarının sayı 447 660 ədədə çatıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 1 iyul 2021-ci il tarixinə olan hesabatına istinadla xəbər verir.
Fərdi sahibkarların bank hesablarının sayı son ayda 10 181 ədəd (2.3%), son bir ildə isə 112 418 ədəd (33.5%) artmışdır.