5 C
Baku
Wednesday, February 28, 2024

Fərdi sahibkarların banklardakı vəsaitləri ₼276 milyonu keçib

Azərbaycanda sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı depozitlərin həcmi 2023-cü ilin ilk yarısında 16.3 mln. manat və ya 6.3 faiz artıb.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik göstəricilərində bildirilir.

1 iyul 2023-cü il tarixinə fərdi sahibkarların banklardakı əmanətlərinin həcmi 276.3 mln. manat olub.

Bildirək ki, fərdi sahibkarlara verilən kreditlərin həcmi isə 2 mlrd. 522.4 mln. manat təşkil edib. Bu ilin əvvəlindən 17% artımdır.

Son xəbərlər
Digər xəbərlər