26 C
Baku
Friday, April 19, 2024

Fərdi təhsilə cəlb edilənlərin sayı açıqlandı

Azərbaycanda il ərzində fərdi təhsilə cəlb edilən şagirdlərin sayı açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün təşkil edilən təlimdə  Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi” mövzusunda təqdimatla çıxışı zamanı bildirib ki, ölkədə fərdi təhsilə cəlb edilən 15 yaşa qədər şəxslər I sinfə başlayan şagirdlərin 0,01 faizini təşkil edir.

Sektor müdiri qeyd edib ki, il ərzində fərdi təhsilə cəlb edilən şagirdlər ölkə üzrə təxminən 150-300 nəfərdir:

“Fərdi təhsilə cəlb edilən gecikmiş şəxsə 12-13 saat gün ərzində dərs keçirilir.  Onlar səkkizinci sinfə gələndə artıq eksternat qaydada imtahan verir və attestatını alır. Fərdi təhsilə cəlb edilən şəxslərin təhsil müddəti 25 yaşa qədər davam edir”.

“Bu şəxslər, əsasən valideyn səhlənkarlığı, işləmələri, yaşayış yerlərini dəyişmələri nəticəsində təhsildən yayınırlar”, – deyə nazirlik rəsmisi qeyd edib.

 
Son xəbərlər
Digər xəbərlər