12 C
Baku
Thursday, March 28, 2024

Fərhad Əhmədov kimdir?

Həyatı

Fərhad Əhmədov 15 sentyabr 1955-ci ildə Göyçayda anadan olmuşdur.

15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.

1987-ci ildə “Tansley Trading” şirkəti yaradaraq neft-qaz sahəsində işə başlayıb. “Transley Tradinq”in tərəfdaşları arasında “Qazprom” kimi nəhəng şirkətlər var idi. Şirkət neft, eləcə də xüsusi neft-qaz avadanlıqlarının təchizatı ilə məşğul olurdu.

Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun ideoloqu kimi çıxış edərək, bu layihəyə “Amoso Eurasia” və “McDermott” kimi nəhəng şirkətləri cəlb edir.

1993-cü ildə “Transley Tradinq”in adı dəyişdirilərək “Farko Qrup” olur. “Farko Qrup” Rusiyanın Şimal-Urenqoy yataqlarında layihə üzrə aparılacaq hasilat işlərinə operator qismində dəvət alır. Elə həmin ildən etibarən F.Əhmədov bu yataqda hasilat işləri aparan “Nortqaz” şirkətinin Direktorlar şurasının üzvü olur. 1999-2004-cü illər arasında isə şirkətin prezidenti qismində layihəyə bilavasitə rəhbərlik etməyə başlayır. 2004-cü ilin 9 dekabrında Krasnodar vilayətindən Rusiyanın Federasiya Şurasının üzvü seçildikdən sonra “Nortqaz”ın prezidenti vəzifəsindən könüllü istefa verir.

Paralel olaraq Fərhad Əhmədov elmi fəaliyyətlə də məşğul olur. O, Rusiya və MDB ölkələrinin neft-qaz kompleksinin problemləri ilə bağlı çoxsaylı monoqrafiya və elmi məqalələrin müəllifidir. 1997-ci ildən Texnoloji Elmlər üzrə Beynəlxalq Akademiyanın müxbir üzvüdür. O, 2000-ci ildə İ.M.Qubin adına Rusiya Neft və Qaz Dövlət Universitetinin aspiranturasını bitirib. İqtisad elmləri namizədidir. 1996-2006-cı illər arasında “Neft-qaz üfüqləri” jurnalının naşiri olub.

“Forbes” dərgisinin məlumatına görə, Krasnodar vilayətini təmsil edən senator F.Əhmədovla “Qazprom” arasında “Nortqaz” kompaniyasını nəzarətdə saxlamaq uğrunda davam edən uzunmüddətli münaqişə nəhayət ki, uğurla başa çatıb. Və senatorun iddia etdiyinə görə, o, “Qazprom”un kiçik tərəfdaşı qismində özünü çox rahat hiss edir:

“Nortqaz”da hasilat işləri uğurla aparılır, bütün işlər nizama salınıb, münasibətlər isə əla səviyyədədir. Artıq ürəyim üçün xoş olan işlərlə məşğul ola, misal üçün, atamın xatirəsi üçün nəsə bir iş görə bilərəm”.

Sahibkar bu məqsəd üçün Azərbaycanda yerləşən, bir zamanlar atasının rəhbərlik etdiyi nar şirəsi istehsalı üzrə AzNar adlı kiçik zavodu satın alıb. Qeyd edək ki, sovet hakimiyyəti dövründə həbs olunub və güllələnib[1]. F.Əhmədovun bir xobbisi də qiymətli rəsm əsərləridir. Onun rəsm kolleksiyasında Ayvazovskinin 24 əsəri var.

Son zamanlar F.Əhmədov şəxsi neft kompaniyasının yaradılması haqqında düşünür. O, bu gün Rusiya parlamentinin milyardçı deputatları arasında 1,4 milyard dollar gəlirlə 7-ci yerdə gedir. Ailəlidir, üç uşağı var. Rus dilindən savayı ingilis və doğma Azərbaycan dilində sərbəst danışır.

Son xəbərlər
Digər xəbərlər