26 C
Baku
Saturday, April 27, 2024

Fəaliyyətlik illuziyası: iş yerində tənbəli necə ifşa etmək olar?

Aktiv fəaliyyət illuziyası yaratmaq üçün bir sıra əməkdaşlar hiyləgər üsullara müraciət edirlər. Bir çox tənbəllər müdriyyətin gözündə yaxşı əməkdaş kimi qalmağı və hətta karyeralarında irəliləməyi də bacarırlar. Bu cür insanları necə ifşa etmək olar?

Əyanı məktublar

Bu tənbəllik bacarıqlarını bankın analitikləri uzun illər müddətində təkminləşdiriblər. Məşğul imiş kimi görünmək üçün onlar sanki bir məqsədləri olduğu üçün dəhlizlərdə sürətlə, başlarını belə qaldırmadan yeriyirlərdi. Beləliklə, onlar hətta sakit yerimək üçün vaxtların belə olmadığın göstərmək istəyirdilər. 

Həmçinin onlar Outlook servisindən istifadə edirdilər. Bu servis onların adından səhər saat 4-də məktublar göndərirdi. Onlar bu məktubların sadəcə maraqlı məqalələrə link deyil, həmçinin anlamlı olmalarına riayət edirdilər. Onlar tez-tez yanaqlarını üfürərək yorğun şəkildə ah çəkirdilər , qələmləri qulaqların arxasına qoyurdular.

Əldə planşet və sənədlər tutmaq

Bir həkim 70-ci illərdə hərbidə xidmət göstərəndə digər həkim yoldaşından danışır. Bəhs etdiyi həkim özünü fəal imiş kimi göstərməyi sevirdi.

Məsələn, o heç vaxt dəhlizlərdə əlində planşet və bir neçə kağız olmadan gəzmirdi. O, insanın əlində kağız və sənədlər olanda məşğul imiş kimi göründüyünü izah edirdi. Və bu üsul həqiqətən də işləyirdi. İki həkim bir yerdə bazanı gəzəndə hər kəs əlində kağızlar olmayan həkimə tapşırıqlar verirdi. Digər həkim isə məşğul üz ifadəsi ilə ötüb keçirdi.

Elektron daşıyıcılar

Anonim istifadəçilərdən biri tələbə olduğu üçün iş vaxtının çoxunu kurs işi yazmağa sərf etdiyini danışır. Müdriyyətdən bunu gizlətmək üçün o, heç vaxt masanın üzərinə işə aid olmayan kitablar düzmürdü. Lazım olan ədəbiyyatı isə PDF-dən oxuyurdu və heç bir şübhə yaratmırdı. Əksinə, müdriyyət onu çalıqan işçi olduğu üçün tərifləyirdi. O, isə həftədə 10-12 saat lazım olmayan işlə məşğul olurdu.

Ciddi görünüş

İş yerində kiminləsə danışanda hiyləgər tənbəllər heç zaman gülümsəmirlər. Onlar deyirlər ki, gülümsəyəndə ətrafdakılar sizin heç nə ilə məşğul olmadığınızı düşünürlər.

Kağız

Bir fəaliyyət ilə məşğul olduğunu göstərmək üçün əməkdaş masanın üzərinə bir kağız qoya bilər və kompüterin ekranına diqqətlə baxaraq mütəmadi olaraq həmən kağıza nələrsə yaza bilər.

İş yerində nahar

Telefon zənginə cavab verməmişdən əvvəl ofisdəki kiməsə bir söz deyirmiş kimi bir-iki işgüzar ifadə işlətsəniz, xətdə gözləyən insan sizin çox məşğul olduğunuzu düşünəcək. Hiyləgər tənbəllər onların yeməkxanada nahar belə etməyə vaxtlarının olmadığını göstərmək üçün masa arxasında yemək yeyirlər.

Klaviaturanın düymələrinin səsi

Bir əməkdaş iş yerində roman yazdığını söyləyir. Heç kəs onun iş ilə məşğul olmadığından şübhələnmir, çünki o, daim klaviaturanın düymələrinə basırdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər