Fələstin BRICS təşkilatına qoşulmaq üçün müraciət edəcək, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Fələstini oktyabrda Kazanda keçiriləcək BRICS sammitində iştirak etməyə dəvət edib. Bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl mətbuat konfransında deyib.
BRIC ittifaqı 2006-cı ildə yaradılıb və əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çini əhatə edib. 2010-cu ildə təşkilata Cənubi Afrika qoşulub və onun adı dəyişdirilərək BRICS olub. 2024-cü il yanvarın 1-dən Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya assosiasiyaya qoşulub.