2 C
Baku
Saturday, December 14, 2024

Fələstin hökuməti istefa verib – Yenilənib

13:35

Fələstin Baş naziri hökumətin istefasını Prezident Mahmud Abbasa təqdim edib.

Bu barədə Baş nazir Mohammed Ştayyeh mətbuat konfransında bildirib.

“Bu qərar Qüds şəhəri də daxil olmaqla İordan çayının qərb sahilində görünməmiş eskalasiya, Qəzza zolağında xalqımıza qarşı təcavüzlə bağlı siyasi, təhlükəsizlik və iqtisadi inkişaf fonunda qəbul edilib. Biz işğala qarşı mübarizəyə davam edəcəyik və Milli Hakimiyyət Fələstin torpaqlarında onların iradəsinə zidd olaraq dövlət qurmaq üçün mübarizəni davam etdirəcək”, Baş nazir deyib.

Baş nazir deyib ki, onun rəhbərlik etdiyi hökumətin qurulmasından beş il keçir və Qəzzadan olan beş nazir də daxil olmaqla, bir sıra siyasi tərəfdaşları özündə birləşdirən peşəkar hökumət olub. “Müvafiq olaraq, mən görürəm ki, növbəti mərhələ Qəzza zolağında yeni reallığı, milli birlik danışıqlarını və milli əsaslara söykənən Fələstin daxili konsensusa təcili ehtiyacı nəzərə alan yeni hökumət və siyasi tədbirlər tələb edir”.

Hakim Fəth partiyasının mərkəzi komitəsinin üzvü olan Mohammed Ştayyeh 2019-cu ildən Fələstinin Baş naziridir.

***

09:35

Ramallahda həftənin sonuna qədər texnokratlardan ibarət Fələstin hökuməti yaradıla bilər.

Bu barədə “Sky News Arabia” prezident Mahmud Abbasın administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Yeni baş nazir postuna ən çox ehtimal olunan namizəd Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafadır.

Xatırladaq ki, Ramallahdan 2019-cu ildən baş nazir Məhəmməd Ştayyenin rəhbərlik etdiyi hökumət bu gün istefa verəcək.

Fələstin liderinə yaxın mənbə “Al Mayadeen” televiziyasına bildirib ki, kabinet üzvləri buna baxmayaraq, yeni hökumət qurulana qədər fəaliyyətlərini davam etdirəcəklər.

Mənbənin sözlərinə görə, prezident Abbas bəzi regional oyunçuların və ABŞ-nin ona etdiyi təzyiqlər fonunda hökuməti buraxıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər