Fələstin Prezidenti Mahmud Abbas Baş nazir Mohammed Ştayyeh hökumətinin istefasını qəbul edib.
Bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.
Fələstin lideri ondan yeni hökumət qurulana qədər müvəqqəti olaraq vəzifəsini icra etməyi xahiş edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Fələstinin Baş naziri hökumətinin istefasını Prezident Mahmud Abbasa təqdim etmişdi.