Fələstin prezidenti Mahmud Abbas danışıqlar aparmaq üçün Ankaraya gedib.
Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Abbası və onu müşayiət edən heyəti Ankaraya gətirən təyyarə dünən Türkiyə saatı ilə 15:30-da Esenboğa hava limanına enib.
Abbası hava limanında Ankara icra hakimin müavini Murat Soylu, bələdiyyə rəsmiləri və Fələstinin Ankaradakı səfiri Faed Mustafa qarşılayıb.