15 C
Baku
Thursday, September 19, 2024

Fərasətli satıcılar silsiləsindən

Kənddən olan cavab bir oğlan böyük bir şəhərə gəlir və iri ticarət mərkəzinə daxil olur ki, orada işə düzəlməyə cəhd etsin. Menecer ondan soruşur:

– Sizin satıcı kimi hər hansı bir iş təcrübəniz varmı?

Gənc oğlan özünə əmin şəkildə cavab verir:

– Əlbəttə! Mən gəldiyim yerdə əvvəllər satıcı işləyirdim!

Gənc oğlan açıq-aşkar menecerin xoşuna gəlir:

– Elə indidən işə başlaya bilərsiniz.

İlk iş günü çox gərgin keçir, amma gənc oğlan bu yükün öhdəsindən gələ bilir. İş gününün qurtarmasına yaxın menecer oğlana yaxınlaşıb, soruşur:

– İlk iş gününüz necə keçir, bu gün neçə insan sizdən alış-veriş edib?

– Bir..

– Cəmi bir? Bizim ticarət mərkəzində satıcılar gün ərzində orta hesabla 20-30 insana xidmət göstərirlər. Bəs, onda bizim ticarət mərkəzində xidmət göstərdiyiniz həmin bir müştəri sizə hansı məbləği qoyub getdi?

– 102 516 dollar 17 sent.

– Nəəə? 102 min 516 dollar və 17 sent?! Siz ona nə satmışınız ki?

– Əvvəlcə mən ona balaca balıq tutmaq üçün qırmaq satdım, sonra orta ölçülü, daha sonra isə böyük bir qırmaq satdım. Daha sonra isə ona ən dəbdə olan tilov satdım. Malları qablaşdıranda ondan soruşdum ki, balıq ovunu harada eləməyi düşünür. O cavab verdi ki, Fin körfəzində.

Onda mən ona bildirdim ki, orada qayıqsız keçinmək mümkün deyil. Onda biz qayıqlar bölməsinə düşdük və mən ona 2 metrlik dizel qayığı almağı tövsiyə etdim. O, qayığı bəyəndi, amma içinə belə bir şübhə düşdü ki, onu idman avtomobilinə bu cür qayğı yükləmək olmaz. Onda biz avtomobil bölməsinə getdik və burada mən ona qoşqusu olan cip almağı tövsiyə etdim. Mənim ilk müştərim bu gün məhz bunları aldı.

– Menecer təəccübdən nəlbəki boyda olmuş gözləri ilə satıcıya baxır və onun ilk gündəki macəralarını izləyirdi:

-Siz demək istəyirsiniz ki, həmin insan sadəcə balıq qırmağı almağa gəlib, nəticədə isə qayıq və üstəgəl qoşqusu olan cip alıb.

– Xeyr o, öz xanımı üçün bir bağlama tampon almağa gəlmişdi. Mən isə ona dedim ki, əgər həftə sonları onsuz da itirilibsə, nəyə görə o, harasa balıq tutmağa getmir?

Son xəbərlər
Digər xəbərlər