9 C
Baku
Monday, November 18, 2024

Fərdi evlərə çıxarış almaq üçün hansı sənədlər lazımdır? – Video

Sənədsiz evlərə dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi prosesində problemlər hələ də qalmaqdadır. Hazırda 500 mindən çox belə ev var. Bu isə o deməkdir ki, təxminən iki milyondan çox insan yaşadığı ünvanda qeydiyyatda deyil.

Əmlak eksperti Ramil Qasımzadə deyib ki, vətəndaşların çoxu ya kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikib, ya da sadəcə, bələdiyyə qərarı olan kağız alıb. Bu da onlara evlərin qeydiyyatı prosesində müəyyən problemlər yaradır.

Ekspert bildirib ki, fərdi yaşayış evinin çıxarışla təmin edilməsi üçün ilk növbədə həmin torpağın sənədi olmalıdır.

Bəzən daşınmaz əmlakın sənədləşməsi zamanı arxiv sənədi də tələb edilir. Bu sənəd əmlakın həmin şəxsin mülkiyyətində olmasını təsdiq edir.

Ramil Qasımzadə deyir ki, vətəndaşlar torpaq alarkən onun təyinatına diqqət yetirməlidirlər.

Ekspert ev və torpaq alarkən mütəxəssislərə müraciət etməyi də tövsiyə edir.

Son xəbərlər
Digər xəbərlər