3 C
Baku
Monday, January 19, 2026

Fərdi investorlar ABŞ-nin ən iri investisiya fondlarından $7 milyard çıxarıblar

“Financial Times” qəzetinin yazdığına görə, ötən ilin son aylarında fərdi investorlar ABŞ-nin ən iri investisiya fondlarından 7 milyard dollardan çox vəsait çıxarıblar. FT ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim olunmuş sənədlərə, eləcə də adı açıqlanmayan məlumatlı mənbələrə istinad edir. Bildirilir ki, vəsaitlərin ən fəal şəkildə çıxarıldığı fondlar sırasında “Apollo Global Management”, “Ares Management”, “Barings”, “Blackstone”, “HPS Investment Partners” (“BlackRock”un bölməsi), “Blue Owl”, “Cliffwater” və “Oaktree” yer alıb.

Analitiklər fondlardan vəsait axınını ötən ilin payızında baş verən səs-küylü iflaslarla — iri avtokredit operatoru “Tricolor Holdings” və avtomobil ehtiyat hissələri tədarükçüsü “First Brands”in müflisləşməsi ilə izah edirlər. Oktyabr ayında bir neçə bank bu hadisələrdən zərər çəkdiklərini bəyan edib, onların arasında “JP Morgan” da var.

Ötən ilin sonunda “JPMorgan Chase”in baş icraçı direktoru Ceyms Daymon “Tricolor Holdings” və “First Brands”in mümkün nəticələri ilə bağlı vəziyyəti belə xarakterizə etmişdi:
“Əgər bir tarakan görürsünüzsə, böyük ehtimalla başqaları da var”, — bununla o, “Tricolor”un iflasının investorların narahatlığını ciddi şəkildə artırdığını nəzərdə tuturdu.

Son xəbərlər
Digər xəbərlər