Azərbaycanda fiziki şəxs kimi sahibkarlıqla məşğul olanların bank müştərilərinin sayı 400 mini ötüb. Bu da ölkə tarixində rekord göstəricidir.
Banker.az xəbər verir ki, bu barədə 1 mart 2021-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərində deyilir.
Fərdi sahibkarlar kimi bank müştərilərinin sayı 406 869 ədəd təşkil edib. Bu 1 fevral 2021-ci il tarixlə müqayisədə 10 028 ədəd, yaxud 2.53% artım deməkdir.
Fərdi sahibkarların bank hesablarının sayı da müştəri sayı ilə paralel artıb. Belə ki, son bir ay ərzində banklarda 10 912 ədəd, yaxud 2.28% cari hesablar açmaqla ümumi say 490 420 ədədə yüksəlib.