9 C
Baku
Thursday, December 12, 2024

Fərdi sahibkar şirkətin “QONSHU” brendindən qanunsuz istifadə edib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət “Robinzon and Friday” MMC-nin təşəbbüsü ilə fiziki şəxs Emil Sultanov barəsində iş qaldırılıb.

Banker.az xəbər verir ki, onun barəsində “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlamətləri aşkar edilib.

Belə ki, “Robinzon and Friday” MMC-yə məxsus “QONSHU” əmtəə nişanından fiziki şəxs Emil Sultanov tərəfindən qanunsuz istifadə edilməsi əlamətləri üzrə araşdırılması 01.03.2023-cü il tarixində, saat 15:00-da AZ1000, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 84 (Hökumət Evi, V qapı) ünvanında məsələyə baxmaqla bağlı qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər