7 C
Baku
Thursday, December 12, 2024

Fərdi sahibkarlara verilən kreditlər 3.5 mlrd. manata çatıb

Azərbaycanda şirkət (hüquqi şəxs) yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi 1 oktyabr tarixinə yeni tarixi rekord yeniləyib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bankların fərdi sahibkarlara verdiyi kreditlərin həcmi  3 milyard 472 milyon manatdır.

Bu da ilin əvvəlindən  543 milyon və ya 18.5 faiz artımdır. Cari ilin əvvəlində bu həcm  2 milyard 929 milyon manat idi.

Təkcə son bir ayda portfel 2.8 faiz artıb.

Bu kreditlərin də 98 faizi milli valyutada verilib – 3 milyard 408.6 milyon manat.

43345

Son xəbərlər
Digər xəbərlər