Fərdi sahibkarlara verilən kreditlərin həcmi 2.2 mlrd. manata çatdı

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi ölkədə durmadan yüksəlir.

Banker.az Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2023-cü il tarixinə olan göstəricisinə istinad edir ki, banklar (yalnız banklar) fərdi sahibkarlara verdiyi kreditin həcmi 2 mlrd. 155.8 mln. manata yüksəlib.

Bu son bir ayda 3.9%, son bir ildə isə 56% artıb.

Fərdi sahibkarlara verilən kreditlərin 2 milyon 85.5 min manatı milli, 156.8 milyon manat ekvivalenti isə xarici valyutada verilənlərdir.

Kreditlərin 1 mlrd. 999.1 milyon manatı isə uzunmüddətli kreditlər təşkil edib.

213123123123123123

Ölkə üzrə ev təsərrüfatlarına 10 mlrd. 889.7 mln. manat həcmində kredit verilib.

1 yanvar 2023-cü il tarixinə fərdi sahibkarların banklardakı əmanətlərinin həcmi aylıq müqayisədə 4.5%, illik isə 52.2% artımla 260 milyon manata çatıb.

Həmin tarixə fərdi sahibkarların bank hesablarının sayı 635 677 ədəd, cari hesablarının sayı isə 776 056 ədəd təşkil edib.

Son xəbərlər
Digər xəbərlər