9 C
Baku
Sunday, November 17, 2024

Fərdi sahibkarlara verilən kreditlərin həcmi 3 mlrd. manatı keçib

Azərbaycanda kredit təşkilatları tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul edən şəxslərə verilən kreditlərin həcmi 2024-cü ilin ilk 4 ayında da yüksəlib.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin əvvəli ilə müqayisədə fərdi sahibkarlara verilən kreditlərin həcmi 194 milyon manat və ya 6.6% artımla 3 milyard 123 milyon manata yüksəlib.

İllik müqayisədə isə fərdi sahibkarlara verilən kreditlərin həcmi 31% artıb.

Bu sahibkarlara verilən kreditlərin 3 milyard 58.7 milyon manatı milli, 64.3 milyon manat ekvivalenti isə xarici valyutada verilib.uet34

Son xəbərlər
Digər xəbərlər