9 C
Baku
Friday, December 13, 2024

Fərdi sahibkarların banklarda cari hesablarının sayı 30%-dən çox artıb

2021-ci ilin oktyabr ayında banklarda müştərilərin cari hesablarının sayı 21 226 182 olub . Bu, sentyabr ayı ilə müqayisədə 337 999 ədəd və ya 1.62%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3 380 802 ədəd və ya 19% çoxdur.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Cari hesablardan 20 934 027-si fiziki şəxslərə, o cümlədən sahibkarlıqla məşğul olanlara (597 078), 292 155-i isə hüquqi şəxslərə məxsusdur.

Mərkəzi Bankın təqdim etdiyi statistikaya əsasən, sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari hesablarının sayında cari ilin sentyabr ayına nisbətən 11 141 və ya 1.9%, ötən ilin müvafiq dövrünə nisbətən isə 145 405 və ya 32.2% artım müşahidə olunur.

 

Son xəbərlər
Digər xəbərlər