12 C
Baku
Saturday, November 23, 2024

Fərdi sahibkarların banklardakı cari hesablarının sayı 28% artıb

2022-ci ilin sonuna olan məlumata əsasən, Azərbaycan banklarında müştəri hesablarının sayı 31 989 931 təşkil edir. Bu hesabların 80.6%-i cari hesablar, 18.5%-i kredit hesabları, 0.9%-i isə depozit hesablarıdır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövründə müştərilərin bank hesablarının sayı 2021-ci ilin sonu ilə müqayisədə 5 402 106 və ya 20.3% artıb.

Qeyd etdiyimiz kimi, ötən ilin sonunda bank hesablarının 80.6%-ini, yəni, 25 769 754-ünü cari hesablar təşkil edib. Bu göstərici 2021-ci ilin sonu ilə müqayisədə 3 735 801 vahid və ya 17% çoxdur.

Banklardakı cari hesabların 98.8%-i fiziki şəxslərə məxsusdur ki, onun da 3.1%-i və ya 776 056-sı sahibkarlıqla məşğul olan fiziki şəxslərə aiddir.

Fərdi sahibkarların cari hesabları illik 169 676 və ya 28% artımla 776 056-ya çatıb.

Son xəbərlər
Digər xəbərlər