Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan şəxlərə verilən kreditlərin həcmi 2.6 mlrd. manata yüksəlib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının statistk bülleteninə istinad edir.
1 avqust 2023-cü il tarixinə sahibkarlıqla məşöul olan fiziki şəxslərin kreditlərinin həcmi 2 mlrd. 557.6 mln. manat təşkil edi.
Bu son bir ildə 401.8 mln. manat və ya 19 faiz artım deməkdir.
Fərdi sahibkarlara verilən kreditlərin 2 mlrd. 487.8 mln. manatı milli, 69.8 mln. manatı xarici valyutada olanlar təşkil edib.
Fərdi sahibkarların banklardakı depozitlərinin həcmi 276.2 mln. Manat olmaqla ilin əvvəlindən 6.2 faiz artıb.