2022-ci ilin iyun ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 6 004 vahid və ya 0.33% artaraq, 1.81 mln. vahid təşkil edib.
Dövlət Sosial Müdafiə Fondundan Banker.az-a verilən məlumata əsasən, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 737, fiziki şəxslər üzrə 4 764, torpaq mülkiyyətçiləri üzrə isə 503 vahid artıb.