6 C
Baku
Sunday, December 15, 2024

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 min 539 nəfərə çatıb

Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirlər əldə edən əcnəbilər də məcburi dövlət sosial sığorta sisteminə cəlb olunurlar.

Cari ilin birinci yarısında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq 1 587 əcnəbiyə fərdi şəxsi hesab açılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 1-nə olan məlumata əsasən, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 min 539 nəfərə çatıb. Onlar arasında Тürkiyə (20 min 174 nəfər), Gürcüstan (4 min 698 nəfər) və Rusiya (2 min 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.

Fondun fərdi uçot sistemində, ümumilikdə, 142 ölkənin vətəndaşları qeydiyyatdadır.

Son xəbərlər
Digər xəbərlər