8 C
Baku
Thursday, December 12, 2024

Fərhad Əhmədovun Azərbaycandakı şirkəti rəhbərlik və kapitalına yenidən baxır

Teymur Əhmədov adı­na “AzNar” Qapalı Səhmdar Cəmiyyətinin 6 noyabr 2020-ci il saat 16.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda səhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəliyə, 2019-cu il üçün illik maliyyə hesabatları barədə; 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi barədə; nizamnamə kapitalı barədə; direktorlar şurası barədə; icra orqanı barədə və yeni redaksiyada nizamnaməsi barədə məsələlər daxildir.

Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiqləyən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiqləyən etibarnamə təqdim etməlidirlər.

Xatırladaq ki, Teymur Əhmədov, Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun atasıdır və bu şirkəti onun adına adlandırıb.

Son xəbərlər
Digər xəbərlər