Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 22 milyard manat təşkil edib.
Bu barədə Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov deyib.
“Biz bu il BFB-nin tarixində rekord nəticə əldə etmişik. İlin sonuna qədər BFB-nin dövriyyəsinin 23-24 milyard manat olacağı proqnozlaşdırılır”.
Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 mlrd. 947,9 milyon manat təşkil edib.