Fərid Axundov: BFB-nin dövriyyəsi ilin sonuna rekord həddə çatacaq

Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-noyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 22 milyard manat təşkil edib.

Bu barədə Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov deyib.

“Biz bu il BFB-nin tarixində rekord nəticə əldə etmişik. İlin sonuna qədər BFB-nin dövriyyəsinin 23-24 milyard manat olacağı proqnozlaşdırılır”.

Qeyd edək ki, 2022-ci ilin yanvar-dekabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 mlrd. 947,9 milyon manat təşkil edib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər