Xəbər verdiyimiz kimi, 29 mart 2024-cü il saat 11.00-da Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2 E nömrəli ünvanda yerləşən bankın ofisində bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, “Kapital Bank” ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədov növbəti dəfə müşahidə şurasının üzvü seçiləcək.
Bildirək ki, Fərid Məmmədov “PASHA Holding”də direktor müavini/Ekosistem üzrə Baş İcraçı direktordur.
“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.