Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın vaxtlarda qəbul olunacaq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanundan irəli gələn normativ sənədləri hazırlayır.
Bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah” adlı konfransda AMB-nin baş direktoru Fərid Osmanov bildirib.
“Əminik ki, həmin qanun layihəsi ilə paralel normativ sənədlər də qəbul olunacaq. Bunlar elektron pul təşkilatları, elektron ödəniş təşkilatları, xüsusi tənzimləmə rejimi (“sandbox”), gücləndirilmiş müştəri auditentifikasiyası vasitələrinin hüquqi əsasları və onların təşkilinə dair sənədlərdir ki, işləyirik, bazar iştirakçıları, ictimai birliklər və beynəlxalq təşkilatlarl müzakirə edirik. Çalışırıq ki, hazırlanan hər bir normativ sənəd – hüquqi akt ən qabaqcıl beynəlxalq təcrübənin və bencmarkların ölkəmizə gətirilməsində vasitə olsun”, – o qeyd edib.