7 C
Baku
Thursday, December 12, 2024

Fərman: Şəxsiyyət vəsiqələri ilə bağlı qanun 2019 deyil, gələn aydan qüvvəyə minir

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Prezident fərman imzalayıb.

“1. 3-cü hissədə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə” üzrə:

2.1. 2.9-cu bəndin birinci cümləsinə “fotoşəkli” sözündən sonra “və əl-barmaq izləri” sözləri əlavə edilsin;

2.2. 2.10-cu bəndə “Vətəndaşın” sözündən sonra “əl-barmaq izlərinin götürülməsi, habelə” sözləri əlavə edilsin;

2.3. 2.14.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.14.13-cü yarımbənd əlavə edilsin:

“2.14.13. vəsiqə sahibinin əl-barmaq izləri (hər əlindən bir barmaq izi).”;

2.4. 2.18-ci bənddə “və 2.14.12-ci” sözləri “, 2.14.12-ci və 2.14.13-cü” sözləri ilə əvəz edilsin;

2.5. 2.23-cü bəndə “çəkilməklə” sözündən sonra “və əl-barmaq izləri götürülməklə” sözləri əlavə edilsin;

2.6. 6.1-ci bənddə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilsin;

2.7. 6.3-cü bəndə “vətəndaşın” sözündən sonra “əl-barmaq izləri götürülmür, həmçinin” sözləri əlavə edilsin;

2.8. 6.5-ci bənddə “və 2.14.7-ci” sözləri “, 2.14.7-ci və 2.14.13-cü” sözləri ilə əvəz edilsin.” deyə fərmanda deyilir.

Son xəbərlər
Digər xəbərlər