20 C
Baku
Saturday, October 18, 2025

Fərqlənmə nişanı olmayan taksi sürücülərinin buraxılış kartı ləğv ediləcək? – Rəsmi

Fərqlənmə nişanının olmaması buraxılış kartının ləğvi üçün əsas sayılmır.

Bu barədə AYNA məlumat yayıb.

Qeyd edək ki, yuxarıda qeyd olunan məlumatla bağlı AYNA sosial şəbəkə hesabında “Bəs daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin icrası zamanı sui-istifadə hallarının aradan qaldırılması məqsədilə verilən fərqlənmə nişanı olmayan sürücünün buraxılış kartı ləğv olunacaqmı?”, – sualını şərh edərkən münasibət bildirib.

Xatırladaq ki, Azərbaycan Yolları Nəqliyyat Agentliyi tərəfindən açıqlanıb ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir. Həmçinin bildirilib ki, qeyd ediləni, eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər