13 C
Baku
Saturday, November 23, 2024

Fərqli əmək haqqı olanda, əmək məzuniyyəti necə hesablanır?

Fərqli əmək olanda da əmək məzuniyyəti eyni qaydada hesablanır.
Misal: “A” MMC-nin işçisi müxtəlif aylarda fərqli əmək haqqı alıb. Amma bu aylarda şəxs bütöv ayları işləyib. Fərqli olmasına mükafat və əvəz etmə təsir edib. Onun əmək haqqısı 300 manatdı. 2019 oktyabr ayında əmək məzuniyyətinə çıxacaq.

Oktyabr 2018: 300 manat
Noyabr: 600 manat
Dekabr: 300 manat
Yanvar 2019: 800 manat
Fevral: 300 manat
Mart: 600 manat
Aprel: 1000 manat
May: 300 manat
İyun: 300 manat
İyul: 300 manat
Avqust: 300 manat
Sentyabr: 400 manat
Cəmi: 5500 manat

Davamına bax: Əmək Məcəlləsi maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

Burada bir məqam var. Əmsallaşdırma. Əgər məsələdə kütləvi sürətdə yəni işçilərinin 50 faizindən çoxunun əmək haqqı artımı misalda qeyd olunsa idi. Oktyabrda məzuiyyətə çıxdığına görə Sentyabrda kütləvi əmək haqqı qalxıbsa bu halda əmsallaşdlrma burada nəzərə alınacaq idi. Sentyabrda məzuniyyətə çıxsa idi əmsallaşma nəzərə alınmayacaq idi. Səbəb Əmək Məcəlləsinə əsasən əvvəlki 12 ay götürülür. Misalın şərtində kütləvi artım sözü yoxdur ona görə burada əmsalaşdırmadan söhbət gedə bilməz.

Amma bir məqam var. Bəzi insan resursları mütəxəssisləri, əmək müfəttişliyinin işçiləri qeyd edillər ki, əmsallaşdırma bütün təşkilatlara aiddi. Amma NK qərarına nəzər salsaq görərik ki, burada qeyd olunub ki, qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyədirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqdı və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırki qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəql surətdə aparılır.

Yəni büdcə təşkilatlarına aiddi. Büdcə təşkilatl nədir – büdcədən maliyyəşən təşkilat. Yəni bu təşkilatlarda aparılmalıdır. Amma digər təşkilatların əgər kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırki qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəql surətdə aparılır. Yəni kollektiv müqavilənin şərtində bu qayda varsa o halda əmsallaşdırmanın aparılması idarə və təşkilatların ( səlahiyyətinə aiddi) müstəqil sürətdə aparır.

Digər məqam nədən ibarətdi vergilərin hesablanmasına. İlin əvvəlində qeyd olunurdu ki, vergilər hər il üçün həmin ilin qanunvericiliyinə əsasən hesablanır. Yəni yuxarıda qeyd olunan məsələdəki 3 ay (2018 – oktyabr, noyabr, dekabrın əmək haqqı vəsaiti 2018-ci ilin təblərinə əsasən (1500/3 – 173 ) *14%.= ) 2018 qanuna əsasən , 2019-da ( 4000/9 ay = 444,44 çıx güzəştlər) bu ilin qanunvericiliyi ilə, sonra isə qərar dəyişdi. Ümumi olaraq 5500/12= 458.33 bu da 2019 qanunvericiliyinə əsasən hesablanacaq.

Bax: Əmək Məcəlləsində 139 maddə, Nazirlər Kabineti məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əməkhaqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə 25 avqust 1999- cu il tarixli 137 saylı qərar verib.
Vergi Məcəlləsi 101 və 102 maddəsi.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər