23 C
Baku
Friday, April 26, 2024

“FaceApp” ilə insanları aldadaraq, bank yolu ilə ödəniş əldə edib

Türkiyədə 57 ayrı dələduzluq cinayətindən axtarılan, “FaceApp” tətbiqi ilə “Instagram”, “Facebook” kimi sosial platformalarda hesab açıb, onlayn satış edən Uğur E saxlanılıb.

O tətbiqin verdiyi imkanlardan istifadə edərək özünü qocaldıb, beləliklə aldatdığı insanların etibarını qazanıb.

O, internetdə yayımladığı elanlarda inşaat materialları və konteynerlər ilə əsgər və polislər üçün ayaqqabı, silah qabı kimi məhsullar satdığını deyib və məhsulların saxta fotolarını paylaşıb.

Dələduz bu yolla fərqli illərdə vəzifədə olan əsgər və polis məmurlarını da aldadıb. Uğur E aldatdığı insanlardan bank yolu ilə ödəniş əldə edib. Bu isə onun müştərilərə məhsulun qiymətinin ilkin ödənişi kimi izah olunub.

Polislər onu əyləncə mərkəzində istirahət edən zaman saxlayıblar. O, polis əməkdaşlarının təkidindən sonra, dələduzluğunu etiraf etməli olub və deyib ki, “Nə edim, inanmayaydılar. Kimsənin pulunu güclə almamışam ki”.

2019 07 25 11 32 23 7d41

©Facemark.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər