“Facebook” şirkət işçiləri də daxil olmaqla Əfqanıstandan 175 vətəndaşın təxliyə edilməsinə kömək edib. Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sözçüsünə istinadən “Axios” məlumat verib.
Bildirildiyi kimi, işçilərini qaçaqmalçılıq yolu ilə çıxarmağa çalışan “Facebook” “Taliban” hakimiyyətə gəldikdən sonra jurnalistlərin Əfqanıstanı tərk etməsinə kömək edən bir qrupa qoşulub. Nəticədə bu qrup insanlar Meksikaya aparılıb.
Meksika hökuməti çərşənbə günü “sosial media işçiləri, fəallar və müstəqil jurnalistlərlərdən” ibarət 175 nəfərlik qrupun ölkəyə gəlişini təsdiqləyən bəyanat yayıb. Qeyd edildiyi kimi, qrupda 75 uşaq olub.